Qənirə Paşayeva Milli Məclisdə Tovuzla bağlı bir sıra təkliflərlə çıxış edib

Qənirə Paşayeva Milli Məclisdə Tovuzla bağlı bir sıra təkliflərlə çıxış edib

Millət vəkili Qənirə Paşayeva MM-də hökumətin hesabatı zamanı Tovuzla bağlı bir sıra təkliflərlə çıxış edib

Millli Məclisin hökumətin 2015 -ci illlə bağlı hesabatının müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. Millət vəkili seçildiyi Tovuz rayonunda təbii qazla bağlı problemlər barədə də danışaraq deyib ki, Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda xeyli sayda kənd hələ də qazlaşmayıb. O, "Azəriqaz"ı qısa zamanda onların problemlərinin həlli istiqamətində addımlar atmağa çağırıb. Millət vəkili Hunanlar kəndi ilə bağlı problemə xüsusi toxunub və bildirib ki, bu kəndin yaxınlığında yaşayış məntəqələri təbii qazla təmin edilib, amma neçə ildir bu kəndin məsələsi həll edilməmiş qalır və "Azəriqaz"ı qısa zamanda bu məsələni həll etməlidir. Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi sahəsindəki problemlərə də toxunub və bildirib ki,bu məsələlənin də qısa zamanda öz həllini tapması lazılmdır.
Qənirə Paşayeva rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılıb. Bu kəndlərə həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili "Azərsu" rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökuməti qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində dəstək göstərməyə çağırıb. O bildirib ki, Tovuz ölkəmizin Ermənistanla ön cəbhədə yerləşən böyük rayonlarından biridir və ön cəbhə rayonlarıılmıza diqət və qasyğı hər zaman ən yüksək səviyyddə olmalıdır.
Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi ciddi problemlərdən də danışıb. O bildirib ki, Tovuzda əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur və əkin sahələrinin suvarılması onlar üçün ən ciddi məsələlərdən biridir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu yaxınlarda Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Tovuzda kənd təsərrüfatının inkişafl istiqamətində müzakirələr zamanı da su problemi ən ciddi məsələlərdən biri kimi kənd sakinləri və fermerlər tərəfindən qaldırılıb. Ötən il əhalinin əkin sahələrinin suvarılmasında ciddi problemlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva Kür çayı yaxınlığında yerləşən kəndlərin bu çayın su imkanlarından istifadə edərək suvarılması imkanlarının artırılması mexanizmləri üzərində müvafiq qurumları düşünməyə çağırıb. O bildirib ki, özəlliklə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan rayonlarda, o cümlədən Tovuzda əkin sahələrinin suvarılması ən önəmli məsələlərdən biridir və müvafiq qurumlardan Ermənistanla ön cəbhə rayonu olduğunu nəzərə alaraq Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb.

Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR