Qənirə Paşayeva Milli Məclisdə Kərküklə bağlı çağırış edib

Qənirə Paşayeva Milli Məclisdə Kərküklə bağlı çağırış edib

Millət vəkili Q.Paşayeva İraq Türkmanlarının ağır vəziyyətini Milli Məclisdə qaldırıb, onlara dəstək çağırışı edib.


Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Q. Paşayeva İraqda yaşayan soydaşlarımız,İraq Türkmanlarının daha da gərginləşən,ağırlaşan vəziyyətlərini Milli Məclisdə qaldırıb və onlara əlimizdən gələn dəstəyi göstərməliyik deyib.”İraqda soydaşlarımız, İraq Türkmanları çox ağır vəziyyətdədir. İraq Türkman Cəbhəsi başqanı Ərşad Salihi ilə telefonla danışdıq. Təlafərdə, Kərkükdə, Mosulda və digər bölgələrdə insanlarımızın ağır vəziyyətdə olması,son dönəmlərdə isə İŞİD təhdidi altında olmaları barədə danışdı. Ərşad Salihi vəziyyətin çox ağır olduğunu dedi və bildirdi ki, qardaş Azərbaycandan dəstək gözləyirlər. Azərbaycan hər zaman İraqda yaşayan soydaşlarımıza əlindən gələn dəstəyi göstərib və inanıram ki, onların çağırışına səs verib bütün platformalarda, bütün imkanlar daxilində onlara dəstək verəcəyik. İraqdakı soydaşlarımza daha çox dəstək verməliyik.”
Xəbər 1220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR