Millət vəkili Qənirə Paşayeva məcburi köçkün uşaqlar üçün "Kitab Günü" keçirib.
Millət vəkili Qənirə Paşayeva
məcburi köçkün ailələrinin övladlarının təhsil aldığı və Binəqədi rayonunda
fəaliyyət göstərən Ağdam rayonu 149 saylı köçkün tam orta məktəbində uşaqlar
üçün "Kitab Günü” keçirib. Məktəblinin hər birinə Azərbaycan tarixi,
ədəbiyyatına dair, Qarabağla bağlı və müxtəlif mözvularda çoxlu sayda kitablar
hədiyyə edən millət vəkili Q.Paşayeva və "Hədəf"
nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiq onları
daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə
çağırıblar. Qənirə Paşayeva və "Hədəf" nəşrləri və Kitabevim.az-ın
rəhbəri Şəmil Sadiq onlara özəlliklə tariximizlə bağlı
kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət
vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artmasının
vacibliyi istiqamətində də onlarla söhbət edib. Millət vəkili onları
təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə
ayırmamağa çağırıb. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı,
təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki,
inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!", - Qənirə Paşayeva
deyib. Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin
kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir
millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası
oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz
arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və
layihələr həyata keçirməliyik”. Millət vəkili bildirib ki, bir insanın inkişafı
vəgələcəyindəonun təhsili, bir peşəsahibi olması çox böyük
önəm daşıyır vəuşaqlarımız oxumağa, öyrənməyə, bir peşəsahibi
olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin
maariflənməsi, xüsusilədəsavadlı, intellektual, vətənpərvər, daxili
dünyaları zəngin olan gəncliyimizin yetişməsindəvə
dünyagörüşününformalaşmasında mütaliəxüsusiəhəmiyyət kəsb
edir.
Deputat uşaqları zamandan faydalı
istifadəetməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili
dünyalarını zənginləşdirməyəçağırıb.xarici
dillərlədəxüsusi maraqlanmağa zaman ayırmağa çağıran
QənirəPaşayevaonları zamanlarını mənasız işlərəvəya
verlişlərə, teleseriallara, şou proqramlarınaayırmamağa
səsləyib.
Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və
gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin
keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Məktəbin direktoru Arzu Qədirova və
müəllimlər bu cür görüş vətədbirlərinəhəmiyyətinətoxunaraqkitabla bağlı
beləmaarifləndirmələrə böyük ehtiyac olduğunu vurğulayıb, uşaqlar kitab
hədiyyə etdiklərinə görə QənirəPaşayevaya və "Hədəf"
nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiqtəşəkkürünü bildiriblər.Millət vəkili Qənirə Paşayeva və "Hədəf"
nəşrləri və Kitabevim.az-ın rəhbəri Şəmil Sadiq şagirdlərin hər birinə kitablar
hədiyyə ediblər.