Millət vəkili Q.Paşayeva Malta prezidenti xanım Marie Lousie Colerio Preca ilə görüşüb.
Millət vəkili Q.Paşayeva Maltanın prezidenti xanım Marie Lousie Colerio Preca ilə görüş zamanı Malta prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyevin yüksək səviyyəli əməkdaşlığı və səyləri nəticəsində bütün sahələrdə daha da inkişaf edən əlaqələrimizin parlamentlərarası əməkdaşlığın inkişafına da öz müsbət töhvəsini verməsindən məmunluğunu bildirib. Hər iki dost ölkə arasında bütün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyən millət vəkili Q.Paşayeva Maltanın prezidenti xanım Marie Lousie Colerio Preca ilə görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu,öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. Maltanın prezidenti xanım Marie Lousie Colerio Preca Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində önəmli mazakirələr apardığını, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş 7-ci Qlobal Forumunda iştirakı və bu cür tədbirlərin böyük önəmi barədə danışaraq Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini deyib. Millət vəkili Q.Paşayeva Maltanın prezidenti xanım Marie Lousie Colerio Precaya Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini hədiyyə edib