Qənirə Paşayeva Malaziyanın naziri və nümayəndə heyəti ilə görüşüb

Qənirə Paşayeva Malaziyanın naziri və nümayəndə heyəti ilə görüşüb

Millət vəkili Q.Paşayeva Malaziyanın naziri və nümayəndə heyəti ilə Xocalı Soyqırmından danışıb.

Millət vəkili Qənirə Paşayeva Malaziyanın Qadın, Ailə və Cəmiyyətin İnkişafı naziri Dato Rohani Abdul Karimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Malaziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Sammit çərçivəsində keçirilən görüş zamanı Malayziya nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Qənirə Paşayeva Malaziyanın Qadın, Ailə və Cəmiyyətin İnkişafı naziri Dato Rohani Abdul Karimin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən "Azərbaycan Həqiqətləri" filmləri kataloqunu və materialları təqdim edib. Millət vəkili Q.Paşayeva Malaziyanın Qadın, Ailə və Cəmiyyətin İnkişafı naziri Dato Rohani Abdul Karimin rəhbərlik etdiyi nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Malaziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Malaziyanın Qadın, Ailə və Cəmiyyətin İnkişafı naziri Dato Rohani Abdul Karimi iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsisi vurğulanıb.

Xəbər 943 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR