Qənirə Paşayeva Malatyada “Karabağ hikayelerinin” imza mərasimində iştirak edib

Qənirə Paşayeva Malatyada “Karabağ hikayelerinin” imza mərasimində iştirak edib

Millət vəkili Q.Paşayeva Malatyada"Karabağ hikayelerinin” imza mərasimində iştirak edib və Universitetin rektoru ilə görüşdə Türk dünyası mərkəzi yaradılması təklifi ilə çıxış edib.


Millət vəkili, Dr. QənirəPaşayeva Malatya İsmət İnönü Universitetinin rektoruProf. Dr. Ahmet Kızılay və universitetdətəhsil alan gənclərləgörüşündəQarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşımübarizəmiz daha da güclənməlidir deyib. Malatya İsmət İnönü Universitetinin rektoruProf. Dr. Ahmet Kızılayqardaş ölkəolan Azərbaycan iləTürkiyəarasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcəgenişlənməsindən məmnunluğunu ifadəedib.Rektor rəhbərlik etdiyi universitetin dəAzərbaycanlaəməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib vəuniversitetdətəhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Tanınmış araşdırmaçı-yazar İmdat Avşarın da iştirak etdiyi görüşdə millət vəkili, Dr.QənirəPaşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcədaha da genişlənməsinin vacibliyini qeyd edib vəMalatya İsmət İnönü Universiteti iləAzərbaycanın ali təhsil müəssisələri arasındaəməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunubildirib.Malatya İsmət İnönü Universitetindətəhsilalan azərbaycanlı tələbələrin sayının getdikcəartmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. QənirəPaşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri vəkeyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitəgörətəşəkkürünü bildirib vəazərbaycanlı tələbələrin dəöz növbəsindəMalatya İsmət İnönü Universitetində Azərbaycanı layiqincətəmsil etdiklərinəinandığını bildirib. Millət vəkili, Dr. QənirəPaşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı iləbağlı Universitet gəncləri iləgeniş müzakirələrə, tələbələrləbu mövzularətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyəmünasibətləri, bölgədəgetdikcədaha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaralarıətrafında söhbətləyanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyədaha çox meyilləndirilməsinin önəmi barədədəgeniş fikir mübadiləsi aparılıb. Millət vəkili QənirəPaşayeva UniversitetdəAzərbaycanvə ya Türk dünyasımərkəzinin açılması təklifi iləçıxış edib. O bildirib ki, beləbir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrəhəqiqətlərimizin daha geniş vədoğru çatdırılması üçün dəçox önəmlidir.Millət vəkiliQənirə Paşayeva mərkəz üçünAzərbaycanla bağlılazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Universitetəhədiyyəediləcəyini dədeyərəkbelə birmərkəzin vacibliyi və əhəmiyyəti barədəgeniş fikir mübadiləsi aparıb.Universitetin rektoru təklifi dəstəkləyib vəbu məsələyəbaxılacağını bildirib. Malatya İsmət İnönü Universitetinin rektoru rəhbərlik etdiyi universitet iləAzərbaycanın ali təhsil məktəbləri arasındaəlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinədəvətlərini qəbul edib universitetdəAzərbaycan-Türkiyəmünasibətləri iləbağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib vəbu cür konfransların önəminətoxunaraq onu təkrar konfranslar verməyədəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili QənirəPaşayeva rektora Azərbaycan həqiqətləri vəmədəniyyəti iləbağlı materialları hədiyyəedib,burada təhsil alan azərbaycanlı tələbələrləbağlı bir sıra fikir vətəkliflərləçıxış edib vəgeniş fikir mübadiləsi aparılıb.QənirəPaşayevaMalatya İsmət İnönü Universiteti rektoruna vəuniversitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinədair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri” kitabını digər həmmüəllif İmdat Avşarla birlkdəhədiyyəedib. Q.Paşayev həmçinin Malatya İsmət İnönü Universitetinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrləvədigər türk torlumlarından olan tələbələrlədəgörüşüb. Görüşdəmillət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinədaha geniş çatdırılmasında xaricdəyaşayan azərbaycanlıların da üzərinəböyük vəzifələr düşdüyünü bildirib. Malatya İsmət İnönü Universitetində eyni zamanda millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri "Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. "Karabağ hikayeleri”nin təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və İmdat Avşar "Karabağ hikayeleri” kitabını hazırlamaqda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışan millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizmi dünyanın hər yerində yaşayan qardaş-bacılarımız bütün dünyaya daha geniş yaymalı, işğalçıların layiq olduğu cavabı alması üçün daha çox çalışmalıdırlar deyib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Ermənistanın ön cəbhədə mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən, mülkü insanları hədəfə almaları, qətlə yeitrmələri, yaralamaları, evlərini dağıtmaları barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva "bu cür insanlıqdan kənar əməllər, cinayətlər Ermənistanın xislətinə xas addımlardır, amma Azərbaycan və ordumuz artıq 20 il əvvəlki Azərbaycan və ordu deyil, işğalçılar layiq olduqları cavabı alacaqlar” deyib."Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir” deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb. Qeyd edək ki, "Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

 










Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR