Qənirə Paşayeva konfrans keçirdi - Aydında + Fotolar

Qənirə Paşayeva konfrans keçirdi   - Aydında + Fotolar

Millət vəkili Qənirə Paşayeva Aydında “Azərbaycan, Türkiyə və Türk Dünyası” adlı konfrans keçirib.

Aktual.az-ın məlumatına görə, Aydın Türk Ocaklarının dəvəti ilə Aydında səfərdə olan millət vəkili Q.Paşayevanın verdiyi “Azərbaycan, Türkiyə və Türk Dünyası ” adlı konfransda Aydının bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri və gənclər iştirak edib.

Aydın Türk və Ülkü Ocaklarının, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən konfransda geniş məruzə edən Q. Paşayeva çıxışında Türk kökənli bütün insanlarımızın Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən danışııb.

Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: “Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.

Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili qardaşlıq yaxşı gündə dəŞ çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb:” Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə isə sizin olduğu qədər bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, aydınlar və jurnalistlərin üzərinə çox böyük missiya düşür”.

Deputat İncirliovanın mərkəzi küçələrindən birinə Laçın, parklardan birinə Qarabağ, Efelerde mərkəzi küçələrdən birinə Azərbaycan, parklardan birinə Kəlbəcər adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanları tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. 

Qənirə Paşayeva çıxışını “İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib.

Millət vəkili tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb və tədbirin sonunda özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “Hocalı Soykırımı:tanıkların dilinden” kitablarını tədbir iştirakçılarına imzalı hədiyyə etməklə yanaşı, Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı material, kitab və sənədli filmləri onlara hədiyyə edib və ailələri, gəncləri onları yaxşı oxumağa və öyrəməyə çağırıb.

Konfransda Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, üzvləri Cavid Əliyev və Nigar Selcan Yusuf da iştirak ediblər və konfransdan sonra bölgənin fəal gənclər qurumları və qadın təşkilatları ilə önəmli fikir mübadiləsi olub.



Aktual.az

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR