Qənirə Paşayeva Kayseri bələdiyyə başçısı Mustafa Çeliklə görüşüb

Qənirə Paşayeva  Kayseri bələdiyyə başçısı Mustafa Çeliklə görüşüb

Millət vəkili Q.Paşayevanın Kayseridə Qarabağ, Azərbaycan parkı təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib.

Türkiyənin Kayseri bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Kayseri bələdiyyə başçısı Mustafa Çeliklə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kayserinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kayseri mərkəzi parklardan birinə " Qarabağ, Azərbaycan” adının veriləcəyinə və orada Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyib və Kayseri bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Kayseri bələdiyyə başçısı Mustafa Çelik Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Kayseri bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Kayseridə Qarabağ, Azərbaycan parkı və orada abidə qoyulması ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın apreldə çıxacaq növbəti hissəsində qədim Kayseinin də yer alacağını bildirib: "Azərbaycan insanına Kayserini daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək". Kayseri bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən millət vəkili Q. Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kayseri bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR