Millət vəkiliQ.Paşayeva
İstanbulda Xocalı soyqırımı həqiqiqətlərinin dünyada yayılmasına
ədəbiyyatın,sənətin və sosial medianın gücündən daha geniş istifadə ilə bağlı
geniş məruzə ilə çıxış edib.
Millət vəkiliQənirə Paşayevaİstanbulda İstanbul
Böyükşehir bələdiyyəsi və Türk Ədəbiyyatı Vəqfinin birlikdə təşkil etdiyi
"Xocalı Soyqırımının 25-ci ildönümü" adlı konfransda "Xocalı
soyqırımı həqiqətlərinin dünyada geniş yayımasında ədəbiyyatın, sənətin və
sosial medianın rolu" adlı geniş məruzə ilə çıxış edib.Əli Əmiri
Əfəndi Mədəniyyət Mərkəzində şair Özcan Ünlünün sədrlik etdiyi konfransda
millət vəkiliQənirə Paşayevailə yanaşı, xalq
şairi Sabir Rüstəmxanlı, yazar İmdat Avşar, Mədəniyyət Universitetindən dosent
Bəxtiyar Aslan iştirak edirdi.Konfransdan öncə Xocalı Soyqırımı ilə
bağlı, Xocalıda yaşanan vəhşiliyin görüntülərini əks etdirən film nümayiş
olundu.Konfransda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı
Qarabağın tarixindən və taleyindən bəhs etdi.Dosent Bəxtiyar Aslan
Ərdahan bölgəsindəki erməni vəhşiliklərindən və ermənilər tərəfindən qətl
edilən türklərin kütləvi məzarlardan danışdı.İmdat Avşar isə insan və torpaq
arasında bir bağ olduğunu, torpağın vətən olması üçün bu bağın vacibliyini qeyd
etdi, Qarabağda bu durumun yaşandığını, türklərin bu torpaqlarla bağının
qoparılması siyasətinin yüzildir davam etdirildiyini dedi.Millət vəkili
Qənirə Paşayeva geniş məruzəsə ilə çıxış edərək Türk dünyasını Xocalı soyqırımı
həqiqətlərinin yayılmasında səylərini artırmağa çağırıb: "Bundan 25
il öncə Xocalıda bir soyqırım törədildi. Ermənistanın Azərbaycan torpaqlarının
20 faizini işğal etməsi nəticəsində bir milyon insanımız qaçqın və məcburi
köçkünə çevrildi.Bu məsələ qanayan bir yara olaraq davam etməkdədir. Xocalı
Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir. Biz Xocalını
unutmadıq, unutdurmayacağıq. Bu məsələni hər an dünya gündəmində saxlamaq üçün
bu dövrün dili ilə danışacağıq. Bu dövrün (çağın) dili nədir? Bu dövrün dili
kinodur, internetdir, virtual aləmdir, ədəbiyyatdır, sənətdir... Qarabağ
həqiqətlərini və Xocalı Soyqırımını bütün dünyaya duyurmaq və bu soyqırımı
törədənlərin ədalət qarşısında cavab vermələri üçün hər imkandan istifadə
edilməli, vicanları hərəkətə gətirən, ən azından bu faciəni vicdanlarda məhkum
etdirən sənədli filmlər, kinolar daha da artmalı, dünyanın bir çox dillərinə
tərcümə etdirərək yaymalıyıq. Beləliklə bu məsələni daha təsirli şəkildə
anlatadacağıq."Konfransdan sonra Türk ədəbiyyatının Xocalı
soyqırımına həsr edilən fevral sayı konfrans iştirakçılarına pulsuz təqdim
edildi.