Qənirə Paşayeva İordaniya Parlamentinin sədri ilə görüşüb

Qənirə Paşayeva İordaniya Parlamentinin sədri ilə görüşüb


Millət vəkili Q.Paşayeva İordaniya Parlamentinin sədri ilə görüşdə Xocalı Soyqırımı ilə bağlı birmənalı mövqeləri üçün təşəkkürünü bildirib.


İordaniyanın paytaxtı Əmmanda Parlamentdə təmsil olunan Qadınların Qlobal Forumunda iştirak edən millət vəkili Qənirə Paşayeva İordaniya Parlamentinin sədri Atef Taravneh ilə görüşüb. Görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva İordaniya Senatının Xocalı soyqırımını tanıması,Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi,bəyənatı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və təşəkkürünü bildirib və Azərbaycan xalqı dost və qardaş İordaniya dövlətinin, senatının bu addımını Azərbaycana ən böyük dəstəyi kimi dəyərləndirir deyib. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq İordaniya Parlamentinin sədri Atef Taravnehə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də parlamentin spikerinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş İordaniyanın dəstəyinə ehtiyac var. Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən İordaniya Parlamentinin sədri Atef Taravneh münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və yaxın zamanlarda mütləq Azərbaycana səfər etmək niyyətində olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən İordaniya Parlamentinin sədri Atef Taravneh bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva İordaniya Parlamentinin sədri Atef Taravnehə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirakı ilə keçən görüşdə Azərbaycan-İordaniya münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər 919 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR