Qənirə Paşayeva dövlət və özəl müəssisələri indiki şəraitdə işçiləri ixtisar etməməyə çağırdı

Qənirə Paşayeva dövlət və özəl müəssisələri indiki şəraitdə işçiləri ixtisar etməməyə çağırdı

Millət vəkili Q.Paşayeva MM-də dövlət və özəl müəssisələri indiki şəraitdə işçiləri ixtisar etməməyə,məcbur qaldıqda isə ailədə bir nəfər işləyən varsa ona toxunmamağa çağırıb və bir sıra vacib təkliflərlə çıxış edib .
Millət vəkili Q. Paşayeva bu gün MM-in iclasında dövlət və özəl qurumlara müraciətlər çıxış edib. O, bildirib ki, indiki şərairdə çalışmaq lazımdır ki, çox işçi ixtisara düşməsi, insanlar iş yerlərini itirməsinlər. Çünki insanlar üçün iş yerlərini itirmək çox ciddi problemdir:" Bəzi dövlət və özəl qurumların rəhbərləri işçi ixtisara salanda heç baxmır ki, bir bunu araşdırım görüm bu adamın ailəsində başqa işləyənlər varmı, bu ailənin büdcəsinə ayda nə qədər pul gəlir,bu adam işini itirərsə onun ailəsi hansı faciələrlə, ağır problemlərlə üzləşə bilər. İnsanları çıxılmaz vəziyyətdə qoymaq olmaz. Mən bütün dövlət və qeyri-dövlət qurumlarını, şirkətləri çağırıram ki, hər bir insanla bağlı ciddi araşdırma aparsınlar və bu addımı atmazdan əvvəl ciddi düşünsünlər. İndi biz hamımız biri-birimizi daha çox düşünməliyik, kömək etməliyik. Əgər ailədə təkcə bir nəfər işləyən varsa və ya ailədə xəstələr varsa, ağır vəziyyət varsa o ailədən işləyən insanı ixtisara salmaq olmaz. Qurumlarımız özlərini o adamların yerinə qoysunlar, sonra addım atsınlar. Bu məsələyə ciddi yanaşmalıyıq"-millət vəkili Q. Paşayeva belə deyib.
Millət vəkili Q. Paşayeva MM-in iclasında eyni zamanda bildirib ki, yeni iş yerlərinin açılması istiqamətində cənab Prezidentin verdiyi tapşırıqlar, islahatlar, bu istiqamətdə bu gün qanunvericiliyə edilən dəyişikliklər həyata keçirilməli, mane olanlar ciddi şəkildə cəzalandırılmalıdır. "Cənab Prezident hökumət üzvlərinin iştirakı ilə keçirilən hər iki iclasda bu məsələdən çıxış yollarına xüsusi toxundu və tapşırıqlar verdi. İndi yerlərdə o tapşırıqları ciddi şəkildə əməl etmək lazımdır. "1-cisi imkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa bir işyeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyə, dövlət qurumları ciddi şəkildə dəstək olmalıdır. Artıq bu istqamətdə süni əngəllər tamamilə yığışdırılmalı, əməl etməyənlər ciddi şəkildə cəzalandırılmalıdır. Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın. 2-ci məsələyə cənab Prezident iclasda da geniş toxundu. Rayonlarda bir çox icra qurumları artıq anlamalıdırlar ki, yeni iş yerlərinin açılması istqamətində daha çox fəallıq etmək, təəbbüsləri daha çox dəstəkləmək və heç bir təmənna olmadan daha çox dəstək göstərmək və süni əngəlllərə yol verməmək lazımdır. Çünki bu gun ən önəmli məsələlərdən biri daha çox insanı işlə təmin edə bilməkdir ki, bununda yolu azad biznes mühiti, rəqabət və süni maneələrə yol vermədən təşəbbüslərin yerlərdə dəstəklənməsindən və buna mane olanların ciddi cəzalandırılmasından keçir. Ümidvaram ki, cənab Prezidentin bu istiqamətdə etdiyi xəbərdarlıqlar və verdiyi tapşırıqlar qısa zamanda həllini tapacaq və bu bölgələrdə yeni iş yerlərinin artmasına da öz müsbət təsirini göstərə biləcək. Bu məsələdə başqa çıxış yolunun olmadığını bölgədə yerli qurumlar ciddi anlamalıdırlar."
Millət vəkili Q. Paşayeva manopoliyalar, inhisarlarla mübarizənin önəmindən də danışıb və bildirib ki, bu qiymətlərin aşağı düşməsi, istehlakçıların,aztəminatlı ailələrin qorunması, iqtisadiyyatın inkişafı üçün ciddi məsələdir. Millət vəkili azad rəqabət mühiti indiki çətin dövrdə ən vacib məsələlərdən biridir deyib.

Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR