Qənirə Paşayeva Burdur valisi ilə Xocalı soyqırımı həqiqətlərindən danışıb

Qənirə Paşayeva Burdur valisi ilə Xocalı soyqırımı həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva Burdur valiliyi, M.A.Ersoy Universiteti rektoru, Burdurun fəal gənclər, qadın təşkilatları və KİV nümayəndələri ilə Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib.


Millət vəkili Q.Paşayevanın Burdur Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması və Azərbaycan mərkəzi təklifini rektordəstəkləyib

Millət vəkili, Dr. Qənirə Paşayeva Burdur Mehmet Akif Ersoy Universiteti rektoruDr. Adem Korkmazvə universitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib. Azərbaycanın Türkiyədəki səfirliyindən təhsil müşaviri Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüşdə nümayəndə heyətini Burdurda salamlamaqdan məmnunluğunu ifadə edən Universitetin rektoruDr. Adem Korkmazqardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Mehmet Akif Ersoy Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunubildirib.Mehmet Akif Ersoy Universitetində

təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində

Mehmet Akif Ersoy Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb.Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib.Burdur Mehmet Akif Ersoy Universitetinin rektoru rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları hədiyyəedib.AzərbaycanınTürkiyədəki səfirliyinin təhsil müşaviri NəcibəNəsibova dada universitetdə əməkdaşlığın genişlənməsi,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb.Qənirə Paşayeva, Nəcibə Nəsibova və Nuriyyə Hüseynova Burdur Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib. Q.Paşayev həmçinin Mehmet Akif Ersoy Universitetinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk torlumlarından olan tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini ilə görüşündə isə Burdurla Azərbaycan bölgələrinin qardaşlaşması təklifi yüksək səviyyədə dəstəklənib.Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini ilə görüşündə bu bölgədə Azərbaycanla bağlı və Qarabağ problemi ilə bağlı konfransların artması təklifi ilə çıxış edib.Türkiyənin Burdur bölgəsində Xocalı soyqırımı ilə bağlı konfrans verənmillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədriQ.Paşayeva Burdur valisinin müavini Mehmet Yıldızla görüşdəqardaş Türkiyədəterrorla mübarizədəşəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru vəarxasında duranları lənətləyirik deyib.Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın daiştirak etdiyi görüş zamanıAzərbaycanın erməni terrorundan çoxəziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinəqarşı terror törədənlər indi dəmüxtəlif terror təşkilatları içərisindəTürkiyəyəqarşı cinayət vəçirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdəbütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinəçatmağa heç bir zaman imkan verməyəcək deyib vəterrorla mübarizədəAzərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali müavini Mehmet Yıldız azərbaycanlı şəhidlərimizəAllahdan rəhmət diləyirik vəAzərbaycan torpaqlarının işğaldan azad edilməsindəhər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili QənirəPaşayeva vali müavini iləsöhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədəgeniş məlumatlar verib. "Ancaq mən inanıram ki, biz Azərbaycan vəTürkiyəolaraqəl-ələverib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək vəbu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə bildirib. Millət vəkili Burdur vali müavininə həmmüəllifi olduğu Türkiyətürkcəsində"Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkəAzərbaycan iləTürkiyəarasındaəlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadəedən millət vəkili QənirəPaşayeva Azərbaycan iləTürkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdədaha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Burdur arasındaəlaqələrin güclənməsinin də çox mühüm olduğunu diləgətirib. Millət vəkili Q.Paşayeva görüşdə Burdurda təhsil alan azərbaycanlı tələbələr barədədəvali müavininə məlumat verərək onların ortaya çıxan qayğı vəproblemlərinin həlli istiqamətindədəstək göstərilməsini xahiş edib. Vali müavini Mehmet Yıldız millət vəkili Q.Paşayevanın Burdurda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraqbu cür konfransların çoxalmasınınəhəmiyyətini xüsusi vurğulayıb.Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynova da vali ilə görüş zaman iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinin önəmi barədə fikirlərini söyləyiblər və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva burdurda həmçinin fəal gənclər və qadın təşkilatları ilə də görüşüb, yerli KİV-lərə geniş müsahibələr verib və suallarını cavablandırıb.


 









Xəbər 1315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR