Qənirə Paşayeva Boluda konfrans verib - FOTOLAR

Qənirə Paşayeva Boluda konfrans verib  - FOTOLAR

Millət vəkili Q.Paşayeva Boluda “Ayrılarmı könül candan: Türkiyə-Azərbaycan” adlı konfrans verib

Millət vəkili Q.Paşayeva Boluda “Ayrılarmı könül candan: Türkiyə-Azərbaycan” adlı konfrans verib və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyib. Bolu Türk Ocakları və bələdiyyəsinin dəvəti ilə Boluda səfərdə olan millət vəkili Q.Paşayevanın verdiyi “Ayrılarmı könül candan: Türkiyə-Azərbaycan” adlı konfransda Bolunun bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri və gənclər iştirak edib. Bolu Türk Ocaklarının, Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən konfransda geniş məruzə edən Qənirə Paşayeva çıxışında Türk kökənli bütün insanlarımızın Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə isə sizin olduğu qədər bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, aydınlar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O, Bolunun mərkəzi parklardan birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib. Millət vəkili Qənirə Paşayevanın tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb və tədbirin sonunda özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “Hocalı Soykırımı:tanıkların dilinden” kitablarını tədbir iştirakçılarına imzalı hədiyyə etməklə yanaşı, Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı material, kitab və sənədli filmləri onlara hədiyyə edib və ailələri, gəncləri onları yaxşı oxumağa və öyrəməyə çağırıb.

Millət

Millət

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR