Millət vəkili Q.Paşayeva Bakının 283 №-li tam orta məktəbində müəllim və şagirdlərlə görüşündə təhsilə daha da böyük diqqət ayırmalıyıq deyib.
Binəqədi rayonunun 283 №-li tam orta məktəbdə Multikulturalizm ili çərçivəsində "Tolerantlıq, Multikulturalizm, Həmrəylik” adlı tədbir keçirilib.Tədbirdə millət vəkili Q. Paşayeva, Təhsil nazirliyinin münayəndəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi münayəndəsi iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açdı. Bildirildi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin bərabərhüquqlu şəkildə, bir ailə kimi yaşaması bütün dünya üçün unikal bir nümunə olaraq qiymətləndirilməkdədir. Məktəbin direktoru Tünzalə Zeynalova millət vəkili Q.Paşayevaya müəllim və şagirdlərlə görüş dəvətlərini qəbul etdiyi üçün təşəkkürünü də bildirib. Daha sonra məktəbin şagirdləri bu mövzuda maraqlı səhnəciklər və konsert proqramı nümayiş etdiriblər. Millət vəkili Q.Paşayeva tədbirdə geniş çıxış edərək şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına, səh¬nəciklərə görə uşaqları və bu işdə onlara dəstək olan müəllimləri təbrik edib. Millət vəkili Qənirə Paşayeva bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə etdi. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd etdi. Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Q. Paşayeva özünəməxsus nəticələri olan 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi. Gecədə fərqlənən hər bir şagirdlə söhbət edib, onlara öz kitablarını hədiyyə edən Q. Paşayeva məktəbin kitabxanası üçün də kitablar hədiyyə edib və məktəbdə tariximizin öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb. Tədbirin sonunda millət vəkili Q.Paşayeva müəllimlərlə də geniş söhbət edib və məktəb rəhbərliyi və kollektivinin yaxın zamanlarda müəllifi olduğu kitablarla bağlı müəllim və şagirdlərlə görüş təklifini də qəbul edərək məktəblərimizi tez-tez ziyarət etmək bizim borcumuzdur deyib.
Aktual.az
Xəbər 2584 dəfə oxunub.