Qənirə Paşayeva autizmli uşaqlar və ailələrlə görüşüb

Qənirə Paşayeva autizmli uşaqlar və ailələrlə  görüşüb

Millət vəkili Qənirə Paşayeva Autizmli uşaqlar və ailələri ilə görüşüb, qayğılarını dinləyib.
Millət vəkili Qənirə Paşayeva Uşaq Hüqüqlarının Müdafiəsi günü ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən təşkil olunan görüşdə autizm sindromlu övladı olan bir çox ailələrlə geniş müzakirələr aparıb. Onların qarşılaşdıqları problemləri diqqətlə dinləyən millət vəkili autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası yönümündə artıq ölkəmizdə bu sahədə geniş müzakirələrin aparıldığını qeyd etdi. Millət vəkili autizm sindomundan əziyyət çəkən uşaqlarla ünsiyyətdə olub və onlara hədiyyələr təqdim edib.
Milət vəkili Q. Paşayeva tədbirdə çıxış edərək bu problemlə bağlı qanunvericilik sahəsində qısa bir zamanda addımlar atılması ilə yanaşı autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. O, bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəsislər tərəfindən lazımi dəstəyi alarsa onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik. O, Autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi, peşəkar kadrların hazırlanması məsələsinə də böyük önəm verməliyik deyib. Q.Paşayeva maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib. Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir deyən millət vəkili Q. Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər il daha da artması, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb. Autizm barədə cəmiyyət mütləq geniş şəkildə maarifləndirilməlidir deyən millət vəkili Qənirə Paşayeva görüşdə iştirak edən hər bir ailə və autizmlə uşaqla ayrıca da söhbət edərək qayğılarını dinləyib.

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR