Qənirə Paşayeva AŞPA-da səsləndi - Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?

Qənirə Paşayeva AŞPA-da səsləndi   - Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?

Q.Paşayeva AŞPA-da səsləndi. Samvel Farmanyandan soruşun ki, Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?

Millət vəkili Q.Paşayeva AŞPA-da “Büronun İnkişaf qətnaməsi”nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı itttiham dolu çıxış edən Samvel Farmanyana sərt cavab verib:” Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməliyik onlardan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əlehinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm. Mən sizlərə işgalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və son günlərdə ön cəbhədə Ermənistan hərbiçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülkü Azərbaycanlı ailənin çağrışlarını səsləndirmək istəyirəm. Aprel ayında Ermenistan atəşkəsi pozaraq mülkü azərbaycanlıları, kəndlərı hədəfə alaraq onları bir neçə çülkü vətəndaşı qətl etmiş, çoxlu sayda evləri dağıtmışdır. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına burada çıxış edən Farmanyan təssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətillərə səssiz qalaraq həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışırlar.Ermənistan ordusu 2 Apreldən başlayaraq Ermənistanın işgal ettiyi Azərbaycan topraqlarında qurduğu mövqelərindən atəşkəsi pozaraq Azərbaycan topraqlarına saldırdı. Bunu xüsusilə bilmənizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhəddində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu çatışmada mülkü insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri, hərbiçiləri öz torpaqlarını qoruyurdu. Bəs Ermənistan əsgər və hərbiçiləri orada nə gəzirdi. Soruşun Farmanyandan ki sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi var idi? Mən burda sizin yanınızda soruşuram. Cavab versin görək nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərərk hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir. Mən Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq".

Xəbər 813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR