Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə sərt cavab verib və erməni yalanlarını ifşa edib.
Millət vəkili Q.Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı Azərbaycan əlehinə yalanlarla dolu çıxışlar edən Ermənistan heyətinə sərt cavab verib və bütün yalanları ifşa edib. “Dəyərli həmkarlarım, Mən əslində başqa bir çıxış edəcəkdim amma Ermənistan nümayəndə heyəti üzvlərinin bu gün və bir neçə gündür Azərbaycan əlehinə əsilsiz, tamamilə yalanlardan ibarət çıxışlarına cavab verməliyəm və dorğuların nə olduğunu sizə açıqlamalıyam. İlk öncə Ermənistan millət vəkilləri bir neçə dəfə burada Dağlıq Qarabağ Respublikası dedilər. Bu ifadə AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada Dağlıq Qarabağ Respublikası deyilən bir yer yoxdur. Ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. Bu AŞPA qətnamələrində də məhz bu cür öz əksini tapır. Ermənistan millət vəkilləri oxumağı bilirsə getsin oxusunlar o sənədləri və burada yalan danışmasınlar. Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın torpaq bütünlüyünü tanıyır. Eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalda saxlaması BMT, AŞPA qətnamələrində də öz əksini tapır. Dəyərli həmkarlarım AŞPA sadəcə ciddi problemlərlə bağlı qərarlar qəbul etməməlidir. Eyni zamanda qəbul etdiyi qərarların həyata keçməsi üçün ciddi nəzarət etməlidir. Alınan qərarları yerinə yetirməyənlərə qarşı ciddi addımlar atılmalıdır. Avropa Şurasına üzv olan bir ölkə digər bir üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz. Ukrayna ilə bağlı müzakirələr zamanı da AŞPA bu barədə birmənalı mövqeyini ortaya qoydu. O zaman mən Assambleyadan,sizdən soruşmaq istəyirəm. Nə üçün Azərbaycanın 20 faiz torpaqlarını 25 ilə yaxındır ki işğal altında saxlayan işğalçı Ermənistana qarşı ciddi addımlara əl atılmır? Nə üçün təşkilatımız AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyən işğalçı Ermənistana qarşı sərt addımlara əl atmır? Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir, 1 milyon insanın 25 ilə yaxındır ki haqlarını tapdalamaqda davam edir. O insanlar sizdən soruşurlar ki nə üçün onların haqlarını pozan Ermənistana qarşı AŞPA heç bir ciddi addımlar atmır? AŞPA-nın qəbul etdiyi 1416 saylıqətnamənin qəbulundan 10 ildən çox vaxt keçir amma Ermənistan onu yerinə yetirmir. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulundan aylarla zaman keçir. Amma Ermənistan onu da yerinə yetirmir. Avropa məhkəməsi azərbaycanlı köçkünlərlə bağlı “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qəraq qəbul edir. Ermənistan onu da yerinə yetirmədən imtina edir və AŞPA işğalçı ölkənin törətdiyi bu dəhşətli əməlləri ddurdurmaq üçün ciddi addımlara əl atmırlar. Biz Assambleyamızı işğalçı Ermənistanın əməllərinə artıq ciddi cavab verməyə, sərt addımlar atmağa çağırırıq. Ermənistan təkilatımız və baş katib Yaqlandın bütün çağırışlarına baxmayaraq hələ də azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir, onlara qarşı saxta məhkəmələr, işgəncələr davam edir. Assambleyamız Ermənistanın insan haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi addımlar atmalıdır. Biz AŞPA -nı işğalçı Ermənistana ciddi təzyirlər göstərməyə çağırırıq”. P.S.Q. Paşayeva çıxışının əvvəlində Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyanın Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov və AŞPA sədri Aqramunda qarşı sayğısızlığını kəskin qınayaraq AŞPA-nı Ermənistan heyətinin bu əməllərini qınamağa çağırıb.