Millət vəkili Q.Paşayeva Ankaradan
müsəlman dünyasına səsləndi:Xocalı soyqırımını törədən canilərin ədalət
qarşısında cavab verməsi üçün Azərbaycana daha çox dəstək verməlisiniz"
Millət vəkili Qənirə Paşayeva Türkiyənin paytaxtı Ankarada "25-ci ilində Xocalı qətliamı və ədalət arayışı ” adlı konfransda geniş məruzə ilə çıxış edib.
Ankarada Avrasiya Ekonomik İlişkiler Dərnəyi və
Pursaklar bələdiyyəsinin təşkil etdiyi konfransda ilk öncə Xocalı soyqırımı
qurbanları, Azərbaycan və Türkiyənin şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla
yad edilib və Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.Tədbirin
açılışında çıxış edən tədbirin təşkilaçısıAvrasiya Ekonomik İlişkiler Dərnəyinin başqanı Hikmet Eren, Pursaklar bələdiyyə başqanı Selcuk
Çetin, Pursaklar kaymakamı İhsan Kara Xocalı Soyqırımı ilə bağlı
çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və
dünyaya daha geniş yayılmasında fəallıqlarını artırmalarının
vacibliyindən danışıblar. Şəhidlərimizi rəhmətlə anırıq deyə sözə başlayan millət
vəkili Q. Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını
dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və
bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər
təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı
edilmiş bir cinayət olduğunu deyib.Millət vəkili Qənirə Paşayeva ermənilərin
25il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və
insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və
unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir
sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin
hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə
Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın
ən böyük hədəflərindən olduğunu qeyd etdi.Qənirə Paşayeva bildirib ki,
harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı
Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı
törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili
20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan
torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar,
soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri
görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.
Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi
daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş
yaymaqdır. "Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə,Qarabağ
probleminin həlli, Xocalı soyqırımı həqiqətlərinin dünyaya daha da geniş
yayılmasına çalımaqharada doğulub harada yaşamasından asılı olmayaraq
bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün
həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə
millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə
düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini
tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və
qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin
daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının,
işinin sürətləndirilməsinin vacibliyini qeyd edib:”Biz sadəcə olaraq ədalət
istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli
vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər.
Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri
1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına
səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ və Rusiya da bu
istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı
Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə
tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni
diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları,
həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar
Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar.
Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin
ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan
azad etməliyik."Millət
vəkili Q.Paşayeva Ankaradan müsəlman dünyasına səslənib: "Xocalı soyqırımını törədən canilərin ədalət qarşısında
cavab verməsi üçün Azərbaycana daha çox dəstək verməlisiniz".
Tədbirin sonunda Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova "Xocalı
laylası” və "Ayağa qalx ey Türk oğlu” əsərlərini ifa edib. Tədbirin
sonunda millət vəkili Q.Paşayevaya və Azərbaycanın Əməkdar artisti Nuriyyə
Hüseynovaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.Tədbirdən
sonra millət vəkili Q.Paşayeva Pursaklar bölgəsininn fəal gəncləri, gənclər
və qadın təşkilatları ilə görüşüb və fikir mübadiləsi aparıb. Millət
vəkili Q.Paşayeva gənclərin oxuması üçün həmmüəllifi olduğu "Karabağ
hikayeleri" kitabından çoxlu sayda Pursaklar bələdiyyəsi vəAvrasiya
Ekonomik İlişkiler Dərnəyinə hədiyyəedib.