Millət vəkili Q.PaşayevaAlaniyadaXocalı soyqırımı iləbağlı geniş məruzəiləçıxış edib və Türk dövlət və toplumlarına səslənib. Xocalı ortaq acımızdır vəbu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq.
Millət vəkili QənirəPaşayevaAlanyadan Türk dövlət və toplumlarınasəslənib.Xocalı Soyqırımı ortaq acımızdır deyən millət vəkili Q.Paşayeva bildirib ki birlikdə bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq.Türkiyənin Alanya bölgəsindəAlanya Türk Ocaqlarının təşkilatçılığı iləkeçirilən "Xocalı soyqırımı, Türk dünyasının problemləri, onların həlli yolları, Türk dünyasının dünəni, bu günü, gələcəyi ” adlı tədbirdərəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları vəgənclər geniş şəkildəiştirak ediblər. Tədbirin açılışında çıxış edən tədbirin təşkilaçısıAlanya Türk Ocaqlarının rəhbəri Hasan PekerXocalı Soyqırımı iləbağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin vədünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar. Tədbirdəgeniş məruzəiləçıxış edən millət vəkili, Azərbaycan-TürkiyəParlamentlərarası Dostluq Qrupunun üzvü QənirəPaşayeva çıxışına Azərbaycanda ön cəbhədəişğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycanəsgərləri, Türkiyədəterrorla mübarizədəşəhid olan insanlarımızın ruhu qarşısında başəyirəm deyə başlayıb vəterrora qarşı mübarizədəqardaş Türkiyənin yanındayıq deyib. QənirəPaşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir vətədbir iştirakçılarınınəksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: "Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin dəişğaldan azad olunacağı gün çox tezlikləgələcək vəbiz oranı ziyarət edəcəyik", – deyib. Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağəsrlər boyu Azərbaycan vətürk tarixinin vəmədəniyyətinin beşiklərindən biri olub: "Hər bir Türk insanı Qarabağı hər gün yad etməli vəgələcək nəsillərəçatdırmalıdır.Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət vətarixi abidələrimizi məhv edirlər vədünya buna göz yumur”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcəAzərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili QənirəPaşayeva bunları söyləyib: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır.Amma bu belədavam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizəvermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı iləəlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili QənirəPaşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinəimkan verməməsi barədə ətraflı məlumat da verib.O bildirib ki, harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – QənirəPaşayeva deyib. Millət vəkili QənirəPaşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinədaha geniş çatdırılmasında türk gənclərinin üzərinəböyük vəzifələr düşdüyünü bildirmişdir : "Harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəsəylərini artırmalıdır.” Bu işdəböyüyən gəncliyin üzərinəböyük vəzifədüşdüyünü vurğulayan millət vəkili QənirəPaşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” vəHeydərƏliyevin "Azərbaycan vəTürkiyəbir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından vəyaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinətariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizəsahib çıxa bilsinlər”, – deyib. Millət vəkili QənirəPaşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədədaim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, "qondarma erməni soyqırımı”na qarşı mübarizəharada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri vəqondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətindədaha fəal mübarizəyəçağırıb vəsosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadəetməyin vacibliyini qeyd edib. "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili QənirəPaşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib."İnşallah gələn tədbiri birlik vəbərabərlik içindəişğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında vədigər o cənnət bölgələrimizdəqeyd edək”, – millət vəkili qeyd edib. Xocalı Soyqırımı iləbağlı sənədli filmin nümayiş edilməsindən sonra AzərbaycanınƏməkdar Artisti NuriyyəHüseynova "Xocalı laylası”əsərini ifa edib. Tədbirin sonunda millət vəkili Q. Paşayevaya təşkilatçılar tərəfindən plaket təqdim olunub.Tədbirdən sonra millət vəkili Q.Paşayeva Alanyada fəal gənclər və qadın təşkilatları ilə görüşüb, KİV nümayəndələrinin suallarını da cavablandırıb.