Qənirə Paşayeva Afrika İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Qənirə Paşayeva Afrika İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Millət vəkili Q.Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopla Qarabağdan danışıb.

Millət vəkili Q.Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopla görüşüb. Millət vəkili Q.Paşayeva görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu,öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Qənirə Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopa Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib. Qənirə Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopu hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR