Jurnalist Qənirə Ataşova prodüser Təranə Səmədovanın içkili halda polislər tərəfindən saxlanıldığı an lentə alınan videoya münasibət bildirib.
Aktual.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, fikirlərini sosial şəbəkədə yazan Q.Ataşova polisləri qınayıb:
“Heç vaxt şou-biznes xəbərləri ilə maraqlanmıram. Təranə ilə bağlı xəbərləri isə oxumamışam, başlıqlarını görmüşəm. Rəfiqələrimdən biri, "Buna bax, gör qadına nələr edirlər" dedi. Baxdım və dəhşətə gəldim. Sərxoş olduğunu yazanlara deyirəm: Düzdür, böyük ehtimalla o qanunu pozub, amma polis ona qarşı çox kobud davranıb. Adam yalvarıb deyir ki, buraxın, oturacam. Amma polis əməkdaşı kobudluğundan qalmır. Bir qadına qarşı göz önündə bunu edənlər görün dalda nələr edir. Məncə, o polislər də məsuliyyətə cəlb olunmalıdır. Təranə də haqqını məhkəmədə axtara bilər. Qanunla Təranə yerindəcə cərimələnməli idi. Onu kameraya çəkib şəxsiyyətini alçaltmaq nəyə gərək idi? Ora gəlib qapını açmayan kişi isə sağ olsun. Kim olduğunu özü göstərdi. Son olaraq bildirirəm ki, bizim qadınlara siqaret və içki yaraşmır. Gül kimi dəyərlərimiz var. Onları qoruyaq”.
// Aktual.az