"Qələbəni Azərbaycan xalqına və valideynlərimə həsr edirəm" Dünya çempionu


Rusiyanın Çelyabinsk şəhərindəki dünya çempionatında qızıl medal qazanmış Azərbaycan taekvondoçusu Radik İsayev təəssüratlarını bölüşüb. 26 yaşlı idmançı açıqlamasında çəkdiyi əziyyətin yerdə qalmamasına sevindiyini bildirib. 

87 kq çəki dərəcəsində yer alan İsayev çempionluğu Azərbaycan xalqına və valideynlərinə həsr etdiyini söyləyib. O, qarşıdakı hədəflərini də açıqlayıb: "İlk növbədə, "Bakı 2015" I Avropa Oyunlarında qalib olmaq istəyirəm. Daha sonra 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşacağam".
Daha öncə taekvondo növündə dünya çempionluğu 2001-ci ildə qazanılıb. Həmin vaxt 68 kq çəkidə Niyaməddin Paşayev Cənubi Koreyadan qızıl medalla qayıdıb. Hazırda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan Paşayev də İsayevin qələbəsinə biganə qalmayıb: "Mənim 2001-ci ildə əldə etdiyim dünya çempionluğundan sonra yaranan 14 illik həsrətə son qoyuldu. Radik İsayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu oldu. Bütün taekvondo ailəmizə gözaydınlığı verir və təbrik edirəm". 

Qeyd edək ki, Radik İsayev 26 sentyabr 1989-cu ildə Rusiyanın Dağıstan Respublikasında anadan olub. O, 2010-cu ildə Rusiya çempionu, 2011-ci ildə isə gümüş mükafatçı olub. Daha sonra Azərbaycan yığmasının heyətində çıxış etməyə başlayan İsayev 2013-cü il dünya çempionatında bürünc, 2014-cü il Avropa çempionatında qızıl medal qazanıb. Builki Avropa çempionatında isə 26 yaşlı idmançı gümüş medala sahib olub.(Report)

Aktual.az

Xəbər 844 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR