Qəlblərimizlə Döyünən “Nar Dənələri”- daun sindromlu uşaqların xeyriyyə sərgisi keçirildi

Qəlblərimizlə Döyünən “Nar Dənələri”- daun sindromlu uşaqların xeyriyyə sərgisi keçirildi


Gənclər üçün Təhsil Mərkəzi və Göyçay İnkişaf Mərkəzi  birgə əməkdaşlıq çərçivəsində "Qəlblərimizlə Döyünən Nar Dənələri” adlı daun sindromlu uşaqların xeyriyyə sərgisini təşkil etmişdir.
AZNAR QSC –nin və "Sağlam Ailə” Tibb Mərkəzi-nin  dəstəyi ilə Park Bulvar AVM-də  keçirilən xeyriyyə aksiyasının əsas məqsədi aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan daun sindromlu uşaqları bir araya gətirərək onlara diqqət və qayğı nümayiş etdirmək və birgə bayram sevincini paylaşmaqdır.
Sərgini giriş sözü ilə açan Göyçay İnkişaf Mərkəzi-nin sədri  Əzizağa Atakişiyev  xeyriyyə aksiyası haqqında  geniş məlumat verərək , bu istiqamətdə icra olunan layihələrin  ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasətdən bəhrələnərək  daha geniş miqyasda davam etdiriləcəyini vurğuladı.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə aksiyanın ictimai əhəmiyyətinı  vurğulayaraq bildirmişdir ki ,müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Daha sonra Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov gənclər təşkilatları tərəfindən həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirərək ,   korporativ sosial məsuliyyət çərçivəsində  özəl müəssisələrin bu istiqamətdə layihələri dəstəkləməyə çağırış etdi.
Tədbirin sonunda daun sindromlu uşaqlara bayram hədiyyələri və "Sağlam Ailə " Tibb Mərkəzi tərəfindən ödənişsiz müayinə kartları təqdim olundu.
Displaying IMG_1246.jpg
 
Displaying IMG_1258.jpg
 
Displaying IMG_1231.jpg
 
Displaying IMG_1239.jpg
 

Aktual.az

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR