Qədim Misir haqqında daha əvvəl eşitmədiyimiz 25 maraqlı məlumat

Qədim Misir haqqında daha əvvəl eşitmədiyimiz 25 maraqlı məlumat

Qədim Misir, 20-ci əsrin əvvəlindən bəri, dünyada ən çox danışılan və araşdırılan sivilizasiydır. Bu səbəbdən bu postumuzda Misir haqqında bilmədiyimiz bəzi həqiqətlər qədər, səhv bildiyimiz bəzi şeyləri sıraladıq.
 
1. Tutanhamonun məşhur qızıl maskasından məlum olduğu kimi; fironlar bir tac və ya “nemes” adı verilən bir başlıq taxardılar və saçlarının tək bir telinin görünməsinə belə icazə verməzdilər.
 
2. Firon Pepi II, ağcaqanadları özündən uzaq tutmaq üçün, ətrafında bədəninə bal çəkilmiş bir neçə kölə saxlayırmış.
 
3. Həm qadın həm kişi olmaqla bütün Antik Misirlilər makiyaj edərdilər. Göz boyaları, misdən hazırlanmış yaşıl və ya qurğuşundan hazırlanmış qara rəngdə olardı. Misirlilər makiyajın qoruyucu gücü olduğuna inanırdılar. Başlanğıcda makiyaj bəzənmə məqsədindən çox, Günəşdən qorunma məqsədi daşıyırdı.
 
4. Antibiotik istifadəsi, 20. əsrdə başlamamışdır. Xalq təbabəti, kifli qidalar ya da infeksiyalar üçün torpaq istifadəsi daxil antibiotik istifadəsinin təməli Misirdə qoyulmuşdur. Qədim Misir tibb sahəsində digər ölkələrlə müqayisədə çox irəlidəydi. Homerin “Odysseia” adlı əsərində bütün sənətlər içində Misirlilərin ən hünərli olduqları sahənin tibb olduğu xüsusilə vurğulanır. Məsələn Qədim Misirdə infeksiyalar, kifli çörək ilə müalicə edilirmiş.
 
5. Misirdəki yüksək istilik səbəbiylə, oğlan-qız ya da zəngin-kasıb fərq qoyulmadan 12 yaşına çatana qədər uşaqlara paltar geyindirilməzdi. Kişilər ətək və ya peştemal, qadınlar isə paltar geyinərdi. Geyimlər ağardılmış, sadə kətan parçadan hazırlanardı.
 
6. Zəngin Misirlilərin qadını da kişisi də saçlarını təraş edir və parik istifadə edərdilər. Digər siniflərə mənsub olanlar isə ya saçlarını uzadır ya da donuz quyruğu taxardılar
 
7. Qədim Misirlilərdə təmizlik və görünüş, böyük əhəmiyyət daşıyırdı. Daha çox heyvani yağları və əhəng daşı tozundan hazırlanan yumşaq sabunla təmizlənirdilər. Kişilər təmiz qalmaq üçün bığ və saqqal xaricində bütün bədənlərini təraş edirdi. Hər iki cins də pis qoxuları aradan qaldırmaq və dərini yumşaltmaq üçün ətirli məlhəm, ətir və yağ istifadə edirdilər. İşçilərə yağ və məlhəm, həftəlik ödəniş kimi verilirmiş. Ramses III zamanında yağ verilmədiyi üçün işçilərin şikayətləri qeydə alınmışdır. Bu dərəcə əhəmiyyətli olmasının əsas səbəbi Günəş və qum küləklərinin dəridə yaratdığı quruluq idi.
 
8. Gündəlik qidalanmanın ən əhəmiyyətli hissəsi çörək və pivə idi. Bütün bunlardan əlavə soğan, sarımsaq kimi tərəvəzlər və xurma, əncir kimi meyvələr yeyilirdi. Balıq və ev heyvanlarının əti, duzlu və ya qurudulmuş olaraq tutulur, bişirilir və ya qril kimi qızardılırdı.
 
9. Sfinksin burnunu kimin məhv etdiyi bilinmir.
 
10. Qədim Misirlilər eynilə Pancake kimi dünyanı həm düz, həm də yumru olaraq qəbul etmişdilər. Nil də, Dünyanın mərkəzinə doğru axırdı
 
11. Qədim Misirdəki hər bir məbəddə yüksək vəzifələri fironun yerinə adətən baş rahib üstlənirdi.
 
12. Firon Djoser’ə aid e.ə. 2600-ci ildə inşa edilən ilk piramida, təxminən 10 metr uzunluğunda və 15 qapısı olan bir divarla çevrələnmişdi. Bu qapılardan yalnız biri açılırmış.
 
13. Qədim Misirdə qadınlar, kişilərlə qanuni və iqtisadi cəhətdən bərabər olsalar da, ictimai cəhətdən kişilərlə bərabər hüquqlara sahib ola bilməyiblər.
 
14. Böyük Ramses II-nin səkkiz rəsmi həyat yoldaşı və 100 cariyəsi vardı; e.ə. 1212-cü ildə öləndə 90 yaşını aşmışdı.
 
15. Evlilikdə ümumi qayda birarvadlılıq idi və başlanğıcda tək aristokratlara məxsus idi. Xalq evlənmək haqqını ancaq e.ə. 2000-ci illərdə, böyük bir qiyamla əldə etmişdir. Misirdə xüsusilə üst təbəqələrdə, qadınlar evləndikdən sonra da müstəqilliklərini qoruyurdular. Onlar evlənməmə haqqına da sahib idilər.
 
16. Misirdə sınaq evlilikləri olduqca məşhur bir metod idi. Bunlar bir neçə il davam edir və yoldaşların anlaşa bilməməsi nəticəsində ayrılmaq istəyən tərəfin müəyyən bir təzminat ödəməsiylə sona çatardı
 
17. Bacı və qardaşların evlilikləri yalnız üst təbəqələrdə, hətta əsas olaraq firon nəslində mövcud olan bir ənənə idi. Misirdə bu cür evliliklərin daha çox dini və siyasi səbəbləri var idi. Fironlar bəzən özlərinə varis olaraq oğlan uşaqlarını deyil, qızları seçərdilər. Qızlarının ən sevdikləri xanımlarından ya da öz firon soyundan gələn xanımlarından doğulmuş olmaları bunun əsas səbəbi ola bilər. Bu vəziyyətdə, oğlanlardan biri, taxta ortaq olmaq üçün kraliça olan bacısıyla evlənərdi. Burada, mirası eyni soy içində qoruma qayğısı böyük rol oynayır.
 
18. Təcavüz edən kişilər xədimlə cəzalandırılırdı; bundan əlavə, bir başqa qadının ərini ya da bir oğlan uşağını başdan çıxaran qadının da burnu kəsilirdi.
 
19. Edilən qazıntılarda ortaya çıxarılan məzarlar, sanılanın əksinə piramidaları inşa edənlərin kölələr deyil, Fironun qalıcı olaraq yanında işlədiyi Misirli usta və işçilər olduğunu göstərir.
 
20. Misir Sivilizasiyasının İbraniləri kölə etdiyinə dair heç bir arxeoloji məlumat yoxdur.
 
21. Fironlar öləndə, xidmətçiləri də öldürülüb, onlarla birlikdə basdırılırdı. Bunu, Birinci Xanədanlığa aid iki firon xaricində, heç bir firon etməyib. İnsanların etdiyi bu ümumiləşdirmə, geri qalan 300 firona haqsızlıq xüsusiyyətindədir. Daha sonrakı fironlar ölü xidmətçilər yerinə onların modelləri olan “shabti” deyilən heykəllərlə bərabər basdırılırmış. Bunlar fironlara ölümdən sonrakı həyatda kömək edə bilmək üçün canlandırıla bilən fiqurlar idi.
 
22. İnsanlar Qədim Misirlilərin heroqrifləri icad etdiyini sanır. Halbuki primitiv heroqriflər Misirə, Qərb Asiya işğalçıları tərəfindən gətirilmişdir. Heroqliflər, 700-dən çox işarədən ibarətdir. Hər bir işarə xüsusi bir obyekt ya da səsi təmsil edir. Heyvanların ya da insanların üzləri sola dönübsə, bu yazılar soldan sağa; sağa dönübsə, sağdan sola oxunur.
 
23. Qədim Misir haqqında hər şeyin məlum olduğunun və Misir Elminin (Egyptology) ölü bir elm olduğunu sananlar var. Amma hələ də Qədim Misir haqqında ovsunlayıcı şeylər kəşf edilir və günümüz mədəniyyətlərini işıqlandırmağa davam edir. Məsələn bildiyimizi sandığımız Böyük Piramida Xeops ya da Khufu’dan, təxminən 44 metr uzaqlıqda bir ” gəmi” tapıldığını bilirdinizmi? Ya da bu ilin yanvar ayında elm adamlarımım termal kameralar sayəsində həmin piramidanın içində yeni bir gizli otaq tapdığının?
 
24. Bəziləri, Misirlilərin yadplanetlilərlə ünsiyyət qurduğuna inanır. Piramidaları insanların deyil, yadplanetlilərin inşa etdiyini və bəzi divar şəkillərinin yadplanetliləri işarə etdiyini irəli sürür. Bu ən sadəsindən Qədim Misirlilərin qabiliyyətlərini, əməklərini və gələcəyə buraxdıqları mədəniyyət mirasını alçaltmaq sayılır. Giza’dakı Böyük Piramida riyazi baxımdan möhtəşəm olsa da, o dövrdə yaşayan astronomların, elm adamlarının və memarların məlumatı daxilində idi və bu şah əsərin səhvləri də mövcuddur.
 
25. Mumiyalama əsnasında beyin, çəngələ bənzəyən bir alət köməyiylə burun dəliklərindən parça parça çıxarılırdı. Ayrıca bağırsaqlar da çıxarılır və “kanopi” adı verilən qablara qoyulardı. Mumiyalama əməliyyatı cəsədləri gündəlik həyatdakı qədər canlı görünüşlü saxlamaq üçün edilərdi. Misirlilərlə birlikdə basdırılan bahalı aksesuarlar, ölümdən sonrakı həyatda çətinlik çəkmədən mövcud işlərinə orada davam edə bilmələri inancı səbəbiylə qoyulardı.//bildirchin.az
 
 
Xəbər 3181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR