"Qəbələ"nin qapıçısı tarixə düşdü

  • İDMAN

Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının quru seriyası qırılıb.

Aktual.az-ın Goal.az-a istinadən məlumatına görə, ardıcıl 8 matçda qol buraxmayan ukraynalı legioner "Kəpəz"lə ev oyununun 2-ci dəqiqəsində topu qapısından çıxarıb. Aleksandr Sitnikin qolu ilə Bezotosnının seriyası 729-cu dəqiqədə qırılıb.

I turun avqustun 8-də "Qarabağ"la Qəbələdə keçirilən oyununda (2:2) qol buraxan qapıçı sonuncu dəfə həmin matçın 83-cü dəqiqəsində rəqiblərinin sevinməsinə şahid olmuşdu. Riçard Almeydanın qolundan sonra AZAL (2:0) və "Kəpəz"lə (1:0) matçlarda qol buraxmayan qolkiper "İnter"lə görüşdə (1:2) iştirak etməyib. Ardınca "Sumqayıt" (1:0), "Rəvan" (3:0), "Xəzər Lənkəran" (6:0), "Neftçi" (1:0), "Zirə" (0:0) və AZAL (0:0) da onun qapısına yol tapa bilməmişdi.

"Kəpəz"lə görüşdə seriyası qırılan Bezotosnı Azərbaycan çempionatlarının 23 illik tarixində 14-cü nəticəyə imza atıb. Ümumiyyətlə isə 1992-ci ildə start götürən yarışda qeydə alınan 17 göstərici Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi adlayıb.

Bezotosnı son 4 mövsümdə bunu bacaran yeganə təmsilçimizdir. Ölkə çempionatında sonuncu belə seriya 2012/13 mövsümündə qeydə alınıb. Həmin vaxt "Qarabağ"ın qapıçısı Boyan Pavloviç fərqlənib.

Azərbaycan çempionatlarının ən uzun quru seriyaları

1. Nizami Sadıqov ("Turan") - 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, "Bakı") - 985

3. Xalidu Sissoko (Seneqal, "Bakı") - 971

4. Camaləddin Əliyev ("Qarabağ") - 958

5. Pavel Doroşev (Latviya, "Qəbələ") - 952

6. Elxan Həsənov ("Neftçi") - 943

7. Boyan Pavloviç ("Qarabağ") - 828

8. Dmitri Kramarenko ("Karvan") - 798

9. Dmitri Kramarenko ("Neftçi") - 772

10. Rauf Mehdiyev ("Olimpik") - 746

11. Elşən Poladov ("Bakı") - 744

12. Nadir Şükürov ("Dinamo") - 741

13. Aleksandr Matryoşkin (Belarus, "Xəzər Lənkəran") - 735

14. Dmitri Bezotosnı (Ukrayna, "Qəbələ") - 729

15. Kamran Ağayev ("Xəzər Lənkəran") - 720

16. Camaləddin Əliyev ("Qarabağ") - 700

17. Rauf Mehdiyev ("Olimpik") - 676

Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR