"Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb.
Aktual.Az UEFA-nın saytına istinadən xəbər verir ki, təmsilçimiz ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab matçını isə oktyabrın 20-də keçirəcək. "Qırmızı-qaralar”ın rəqibi avqustun 31-də İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra bilinəcək.
Çempionlar yolu:
"Deportivo La Korunya” (İspaniya), "Köln” (Almaniya), "Empoli” (İtaliya), "Anje” (Fransa), "Benfika”(Portuqaliya), "Genk” (Belçika), "Şaxtyor” (Donetsk, Ukrayna), AZ Alkmaar (Niderland), "Trabzonspor” (Türkiyə), "Zalsburq” (Avstriya) , "Midtülland” (Danimarka), "Reyncers” (Şotlandiya), "Sparta” (Praqa, Çexiya), APOEL (Kipr), "Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), "Srvena Zvezda” (Serbiya), Hayduk” (Xorvatiya), "Hammarbü” (İsveç) "Rusenborq” (Norveç), "Makkabi” (Hayfa, İsrail), "Kayrat” (Qazaxıstan), "Minsk” (Belarus), "Qəbələ” (Azərbaycan), "Septemvri” (Sofiya, Bolqarıstan), "Merkurya Çuk” (Rumıniya), "Poqon” (Polşa), "Jilina” (Slovakiya), "Domjale” (Sloveniya), MTK (Budapeşt, Macarıstan), "Jalgiris” (Litva), "Akademiya-04” (Ermənistan).
Qeyd edək ki, 2020/21 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ” ilkin təsnifat mərhələsində bir oyundan ibarət mübarizə çərçivəsində Şimali Makedoniyanın "Şkendiya” klubu ilə səfərdə qarşılaşmalı idi.
Xəbər 329 dəfə oxunub.