Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində Azərbaycanı təmsil edən "Qarabağ" və "Qəbələ"nin oyunlarını idarə edəcək hakimlər də müəyyənləşib.
Aktual.az xəbər verir ki, "Yanq Boyz" və "Qarabağ" komandaları arasında İsveçrədə keçiriləcək ilk qarşılaşma israilli hakimlər briqadasına həvalə olunub. Bakıda keçiriləcək "Qəbələ" və Yunanıstan "Panatinaikos"unun görüşünü isə ingiltərəli hakimlər idarə edəcək.
Avropa Liqası, pley-off
20 avqust
21:00. "Qəbələ" - "Panatinaikos"
Baş hakim: Andre Marriner
Hakimlər: Simon Bennett, Li Betts
Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)
23:00. "Yanq Boyz" - "Qarabağ"
Baş hakim: Alon Yefet
Hakimlər: Danni Krasikov, Mahmud Mahaqna
Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)
Qeyd edək ki, cavab görüşləri avqustun 27-də keçiriləcək.