"Qəbələ" və "Qarabağ"ın hakimləri müəyyənləşdi

  • İDMAN

Avropa Liqasının qrup mərhələsi çərçivəsində 3-cü turun oyununa çıxacaq “Qəbələ” və “Qarabağ”ın oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Aktual.az-ın məlumatına görə "Bakcell Arena"da keçiriləcək "Qəbələ"-"Borussiya Dortmund" oyununun Xorvatiyadan olan İvan Bebek idarə edəcək.

Digər təmsilçimiz "Qarabağ"ın "Monako" ilə səfər oyununu isə Danimarkalı hakim Yakob Kehletə həvalə olunub.

Xatırladaq ki, Avroliqanın 3-cü tur görüşləri 22 sentyabrda baş tutacaq.

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. “Bakcell Arena” stadionu

22:00. “Monako” (Fransa) – “Qarabağ”
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen (Danimarka) 
UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)
Monako. “Lui II” stadionu

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR