"Qəbələ" klubu futbolçu Rəşad Sadiqovla yollarını ayırıb.
Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ"də 2014-cü ilin dekabrından çıxış edirdi.
Aktual.az
Xəbər 479 dəfə oxunub.