Avropa Liqasının qrup mərhələsində "Qəbələ" və Almaniya "Maynts"ı arasında keçiriləcək II turun oyununa bütün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, sentyabrın 29-da Bakıda təşkil olunacaq qarşılaşma litvalı hakimlərə tapşırılıb.
Avropa Liqası, II tur
29 sentyabr
19:00. "Qəbələ" (Azərbaycan) - "Maynts" (Almaniya)
Baş hakim: Gediminas Majeyka
Yan xətt hakimləri: Vyautas Şimkus, Vıtenis Kazlauskas
Əlavə köməkçi hakimlər: Sergey Sliva, Yuri Paskovski
Dördüncü hakim: Vladimir Gerasimov (hamısı Litva)
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)
UEFA nümayəndəsi: Yevgeni Vesterink (Hollandiya)
Bakı, "Bakcell Arena"