"Qəbələ” klubu növbəti mövsümdən etibarən ciddi maliyyə problemi yaşaya bilər.
Aktual.az xəbər verir ki, "qırmızı-qaralar” aşağı liqaya düşəcəyi təqdirdə dövlətdən illik 3 milyon manat yox 300 min manat alacaqlar.
Klub rəsmiləri isə legioner futbolçuları komandadan göndərərək yükü azaltmağa çalışırlar.
Qeyd edək ki, "Qəbələ” klubu ötən həftələrdə Gilad Abramov və Abu-Akal Ferasla yollarını ayırmışdı.
Xəbər 404 dəfə oxunub.