Rusiyanın “Qazprom” şirkəti Türkiyənin bəzi şirkətlərinə ucuz qaz satmaqdan imtina edir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, artıq 6 özəl Türk şirkətinə 10.25 faizlik güzəştin ləğv olunacağı ilə bağlı bildiriş daxil olub. “Qazprom”la əməkdaşlıq edən 6 Türk şirkəti o cümlədən Enerko Enerji, Bosforuz Qaz, Avrasiya Qaz, Şel, Batı Hattı və Kibar Enerji 2012-ci ildə bağlanmış müqaviləyə əsasən hər il Rusiyadan 10 milyard kub metr qaz idxal edir.
Qeyd edək ki, 2015-ci ilin ilk rübündə “Qazprom” Türk şirkətlərinə satdığı təbii qazın hər 1000 kubmetrini 374 dollardan 300 dollara salmağa razılaşıb. İkinci rübdə isə qiymət daha aşağı 260 dollara salınıb.