Rusiyanın "Qazprom" şirkəti 2015-ci ilin üçüncü rübündə iki milyard rubl məbləğində zərərlə üzləşib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Qeyd edək ki, ötən ilin analoji dövründə holdinq 105,7 milyard rubl mənfəət əldə etmişdi.
Şirkətin 2015-ci il sentyabrın 30-na olan xalis borcu iki milyard rubldan çox olub. Bu rəqəm 2014-cü ilin sonundan bəri 23% artıb.