Qazlı sular ölümcül xəstəlik yaradır - ARAŞDIRMA

Qazlı sular ölümcül xəstəlik yaradır - ARAŞDIRMA

ABŞ, Avstraliya və CAR-dan olan bir qrup alim qazlaşdırılmış suların insan orqanizminə vurduğu zərərləri araşdırıb.

Publika.az xəbər verir ki, qazlaşdırılmış şirin suların qəbulu dişlərdə kariesə, şəkərli diabet xəstəliyinin yaranmasına və sinir sistemi xəstəliklərinin (Parkinson xəstəliyi) inkişafına səbəb ola bilər. Tərkibində normadan artıq miqdarda şəkər olan sulardan istifadə edən zaman bədən çəkisi sürətlə artır. Orqanizmdə piylənmə baş verir.
Belə ki, müntəzəm olaraq qəbul edilən qazlaşdırılmış sular yaşından asılı olmayaraq insanlarda ikinci dərəcəli şəkər xəstəliyinin yaranmasına səbəb olur. Erkən yaşda yaranan bir çox ürək-damar xəstəlikləri də məhz bu səbəbdən yaranır.
Mütəxəssislər sağlamlığının qeydinə qalan vətəndaşları qazlandırılmış, şəkərli içkilərdən, eləcə də, enerji içkilərindən istifadə etməməyə çağırır.
 
Aktual.az
Xəbər 788 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR