Qazimiz özünü İH qarşısında yandırdı

Qazimiz özünü İH qarşısında yandırdı

Naftalanda qazi özünü yandırıb.
Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, özünü yandıran qazi İlkin Həmid oğlu Tağıyevdir.
Məlumatda qeyd edilir ki, hadisə az müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib.
Qazinin icra hakimiyətində qəbul zamanı özünü yandırdığı bildirilir. Onun bədəninin 30 faizi yanıb. Məsələ ilə bağlı TƏBİB-ə məlumat verilib. Hazırda özünü yandıran qazi Bakıya gətirilir.
Qeyd edək ki, İlkin Tağıyev 08 noyabr 1993-cü ildə Goranboy rayonunun Hacıallı kəndində anadan olub. Naftalan şəhərində yaşayan İ.Tağıyev müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Qazimiz İkinci Qarabağ müharibəsindən əvvəl 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. İlkin Tağıyev Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb.
Qazimiz artilleriya kəşfiyyatçısı kimi qulluq edib və onun PDM-i (piyadaların döyüş maşını) 120 mm-lik minaatan mərmisi ilə vurulub.
Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR