Aktauda qəzaya uğrayan təyyarədə xəsarət alanlar üçün qazaxlar 800 litr qan verib.
Aktual.az xəbər verir ki, məlumatı Qazaxıstan səhiyyə naziri Akmaral Alnazarova bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda iki gün ərzində respublika üzrə qan mərkəzlərində 1,5 mindən çox insan müraciət edib. Aktau və Astana da daxil olmaqla, ölkənin müxtəlif bölgələri qanvermədə fəal iştirak edib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Xəbər 95 dəfə oxunub.