Qazaxıstan Milli Bankı milli musiqi aləti dombranın təsvir olunduğu gümüş sikkə buraxıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, "Dombıra" adlı sikkə 3000 tirajla buraxılıb.
"Dombıra" sikkəsi "Çöl xəzinəsi" sikkələr seriyasına daxildir.
Sikkənin üz tərəfində dombra təsvir olunub. Əks tərəfində isə çöl fonunda dombrada ifa fraqmenti öz əksini tapıb.
Xəbər 646 dəfə oxunub.