Qazaxıstanda yeni Konstitusiya 87%-lə dəstəkləndi

Qazaxıstanda yeni Konstitusiya 87%-lə dəstəkləndi

Qazaxıstanda seçicilərin 87%-dən çoxu yeni Konstitusiyanın qəbul edilməsini dəstəkləyib.
Aktual.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov deyib.
"Referenduma çıxarılan məsələ ilə bağlı qərara səs verən vətəndaşların sayı 7.954.667 nəfər və ya 87,15% təşkil edib”, - Abdirov bildirib.
Onun sözlərinə görə, ümumilikdə həm Qazaxıstan daxilində, həm də xaricdə 9.127.192 nəfər səsvermədə iştirak edib.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR