Qazaxıstanın paytaxtı Astanada Rusiyanın aparıcı informasiya agentliklərinin jurnalistləri polis tərəfindən saxlanılıb.
AzVision.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar "Interfax-Qazaxıstan", RİA "Novosti", TASS agentliklərinin və "Russia Today" telekanalının jurnalistləri olub.
KİV nümayəndələri 1 saat sonra sərbəst buraxılıb. "Bizə sənədlərimizi qaytardılar, lakin nə saxlanma səbəblərini izah etdilər, nə də üzr istədilər", - deyə jurnalistlərdən biri qeyd edib.
Məlumata əsasən jurnalistlər Astananın "Bayterek" monumenti yaxınlığında keçirilməsi nəzərdə tutulan razılaşdırılmamış mitinqi işıqlandırmaq istəyiblər. Mitinq ölkədə Torpaq Məcəlləsinə edilən dəyişikliklərlə bağlı keçirilib.