Qazaxıstanın "Qazaqstan" telekanalı Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb.
Bu barədə
Aktual.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, film müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində hazırlanıb.
Film Qazaxıstanın və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələrini əks etdirir. Çəkilişlər Astana, Aktau və Bakıda aparılıb.
Xəbər 254 dəfə oxunub.