Bakı-Qazax-Gürcüstan magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında magistral yolun 496-ci kilometrliyində, Qazax rayon ərazisində qeydə alınıb. “VAZ - 2106” və “VAZ - 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Ölən şəxsin Tovuz sakini, 1988-ci il təvəllüdlü Ceyhun Əliyev olduğu müəyyənləşib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.