Qazaxda dəhşət - Ər-arvad nəvə və kürəkənləri tərəfindən baltalanaraq öldürüldü

Qazaxda dəhşət   - Ər-arvad nəvə və kürəkənləri tərəfindən baltalanaraq öldürüldü

Qazax rayonunda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanın meyitlərinə baxış keçirilərkən onların baltalanaraq qətlə yetirildikləri məlum olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəriman Osmanovun nəvəsi, 1995-ci il təvəllüdlü Ruslan Həsənov və əvvəllər məhkum olunmuş kürəkəni, 1967-ci il təvəllüdlü Elşən Musayev tutulublar. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər. Qətlin tamah məqsədi ilə törədildiyi bildirilir. 

Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın meyitləri yaşadıqları evdə aşkar edilib. 

Xəbər 972 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR