Qazaxda baba nəvəsini güllələyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.
Aktual.az
Xəbər 635 dəfə oxunub.