Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Aktual.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 650 milyon 979 min manat ödənilib.
Belə ki, "Parabank” ASC-nin qorunan əmanətçiləri 41 milyon 747 min manat, "Zaminbank” ASC - 51 milyon 48 min manat, "Kredobank” ASC - 26 milyon 136 min manat, "Dekabank” ASC - 2 milyon 887 min manat, "Atrabank” ASC -14 milyon 17 min manat, "Qafqaz İnkişaf Bankı” ASC - 1 milyon 88 min manat, "Bank of Azerbaijan” ASC - 24 milyon 117 min manat, "Gəncəbank” ASC - 969 min manat, "Texnikabank” ASC - 120 milyon manat, "Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 368 milyon 161 min manat kompensasiya alıblar.
Xəbər 305 dəfə oxunub.