Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elvan Miqrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən E. Miqrəliyev barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, E. Miqrəliyev ötən ilin sentyabrında qaynı Ceyhun Yarmətovla aralarında yaranan münaqişə zəmnində, sonuncuya əlində olan biz formasına salınmış vintaçanla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1. (Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Aktual.az
Xəbər 603 dəfə oxunub.