Azərbaycanda 14 il əvvəl qətl törətməkdə təqsirləndirilən qaynata və gəlin barəsində həbs - qəti imkan tədbiri seçilib.
Aktual.az Apa-ya istinadən məlumatına görə, Quba Rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan H. Əliyev isə apellyasiya şikayəti verib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qaynatası Həsən Əliyev tutulublar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.
Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.