“Qayıqdakılar dənizə töküldülər“ - “Günəşli” faciəsinin şahidi

“Qayıqdakılar dənizə töküldülər“   - “Günəşli” faciəsinin şahidi

"İki qayığı suya buraxdılar, ancaq külək suya buraxılan o qayığı bizim olduğumuz qayığa çırpdı. Qayıqdakılar dənizə töküldülər. Biz elə bildik ki, ölmüşük. Bunu danışa bilmirəm, təsəvvür etmək belə çətindi. Mənə elə gəlirdi ki, artıq həyatda deyilik".

Aktualaz APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə qaynaqçı işləyən Rəşid Hüseynov deyib.

O, başından xəsarət alıb.

R. Hüseynov hadisənin baş verməsini belə xatırlayıb: "Güclü külək var idi, partlayış oldu. Sonra bizə təxliyə olunmaqla bağlı göstəriş verdilər. Cənub tərəfdəki qayıqların yanına gəldik, tüstü vardı, boğulurduq. Ona görə də ordakı qayığa minə bilmədik. Sonra şimal tərəfə gəldik, nəhayət, ordan iki qayığa mindik və xilas olduq".

Xəbər 889 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR