Qayınanası onu məhkəməyə verdi - "Evə dinləmə cihazı yerləşdirmişdi"

Qayınanası onu məhkəməyə verdi -

2005-ci ildə "Miss Model of Turkey"in birincisi olan Sinem Yüksel (Sülün) keçmiş qayınanasını təhqir etdiyi üçün məhkəməyə verilib.

Hikmet Birsen Yükseli təhqirə görə onun 3.5 aydan 2 ilə qədər həbs olunması tələb olunub. Məhkəmədə Sinemin bacısı Gizem "Mənim bacım belə sözlər söyləyə bilməz. Lift açılanda onlar qarşımıza çıxdılar. Qışqırıb söyüş söyən də elə onlar idi" deyib. Hakim Sinem və Mustafa Yükselin boşanma sənədlərinin də araşdırılmasını istəyərək məhkəməni təxirə salıb.

Qeyd edək ki, Sinem ərinin ailəsinin onların evliliyinə qarşı olmasını demişdi. O, təhqir dediyini qəbul etməyərək belə deyib:

"Mustafanın ailəsi evimizə dinləmə cihazı yerləşdirmişdi. Bunu biləndən sonra boşanmaq qərarına gəldim. Onlar elə bilirdilər ki, mən Mustafadan başqa kimləsə görüşürəm".

Qarşı tərəf isə yaxınlıqda yaşayan Sinemlə tez-tez qarşılaşdıqlarını, bir dəfə isə küçədə onun qaynanasını təhqir etdiyini iddia edirlər. Hikmet Birsenin bu iddiasını bina mühafizəçiləri də təsdiqləyib.

/Axşam.az

Xəbər 3225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR