Qaxda həyat yoldaşından ayrılan gənc özünü yandırıb

Qaxda həyat yoldaşından ayrılan gənc özünü yandırıb

Qax şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü yerli sakin İbrahimov Tural Elman oğlu gecə saatlarında yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb.
Dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 29 yaşlı T.İbrahimova bədənin 40 faizinin yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olan yaralı Bakı şəhərinə göndərilib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Tural bir müddət əvvəl evli olub və daha sonra ailəsindən ayrılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR