Qaxda 49 yaşlı kişi müəmmalı şəkildə dünyasını dəyişib

Qaxda 49 yaşlı kişi müəmmalı şəkildə dünyasını dəyişib

Qax rayonunun Qaxbaş kənd sakini, 1970-ci il təvəllüdlü Anar Fazil oğlu Bayramov bu gecə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, A.Bayramov iyunun 15-də səhəti ilə bağlı xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Elə həmin gün axşam saatlarında A.Bayramov öz arzusu ilə xəstəxananı tərk edib.
İyunun 16-sı axşam saat 23:00 radələrində A.Bayramov Qax Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım söbəsinin əməkdaşları tərəfindən yaşadığı ərazidən xəstəxanaya gətirilərək cərrahiyyə şöbəsinə yerləşdirilib. A.Bayramov xəstəxanaya daxil olduqdan bir neçə saat sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR